Göygöldə ağır qəza: ölən var – YENİLƏNİB + FOTO/VİDEO
Göygöldə avtomobil qəzasında ölən şəxsin və yaralıların adları bəlli olub.
ARANTV.AZ xəbər verir ki, ölən şəxs Quliyeva Qənifədir.
Sürücü Elməddin Abbasov və sürücü Şamo Zeynalov yaralıdır.
Hər iki sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
15:26
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Avtomobil qəzası zamanı bir nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl də eyni yolda qəza baş verib və səkkiz nəfər həyatını itirib.

