40 il sonra tapılan Natiqdən şok sözlər: “Dörd uşağım var, hərəsi də bir qadındandır…” – Foto
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan, “Bizimləsən” verilişinə Ceyran adlı xanım müraciət edərək qardaşı Natiqi axtardığını bildirib. O, qardaşından və atasından küsüb, ölkəni tərk edib.
ARANTV.AZ xəbər verir ki, proqram 40 ildir xəbər alınmayan Natiqi taparaq video görüntü ilə efirə qoşub. O, uzun illər ailəsinə xəbər etməmə səbəbini və övladları barədə məlumat verib:
“Gəlmək üçün heç bir problemim olmayıb. Hazırda 4 övladım var. İki qız, iki oğlan. Övladlarımın hamısının anası başqa qadınlardır. Birinci dəfə evlənəndə toyum da oldu. Azərbaycanlı qızla ailə qurdum, 5 il sonra ayrıldıq. Bir uşağım var. Sonrakı uşaqlarım rus qadınlardandır”.
Natiqin bu rahat və vecsiz danışığı hər kəsi təəccübləndirib. Ağlamaqdan və övlad yolu gözləməkdən xəstə düşən anası Urquşa xanım oğluna nə üçün onu axtarmadığını soruşub.
Cavab ala bilməyən ana kövrələrək ağlamağa başlayıb.



big.az

