“CinemaPlus” hərbçilər üçün film nümayiş etdirdi – FOTO/VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Masallıda hərbçilər üçün film nümayiş etdirib.
ARANTV.AZ xəbər verir ki, bu barədə kinoteatrlar şəbəkəsi “Instagram” və “Facebook” hesablarında məlumat yayıb.
Bildirilir ki, N saylı hərbi hissənin əsgərləri Masallı “ASAN Həyat” kompleksində yerləşən “Kinoklub”da komediya janrında olan, yenicə premyerası keçirilən “Aykut Enişte” adlı türk filmini izləyiblər.
Respublika Günü ilə əlaqədar baş tutan tədbirdə N saylı hərbi hissənin 70 nəfərlik şəxsi heyəti iştirak edib.
oxu.az

