Əldə edilən razılaşmalar ölkələrimizin münasibətlərini daha da irəli aparır – Sahil Kərimli
“Azərbaycan-Macarıstan əlaqələri son dövrlər yüksələn xətlə inkişaf edir. Cənab Prezident İlham Əliyevin Macarıstana səfəri, Macarıstan baş naziri ilə dostluq münasibəti və bu zəmində iki ölkə arasında hərtərəfli inkişafı xüsusi olaraq vurğulamalıyıq”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illər Avropanın əvəzedilməz əməkdaşlarından biri kimi çıxış edir: “Avropa ilə Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan-Macarıstan əlaqələrini yüksək qiymətləndirməliyik.
Burada həm iqtisadi, həm də siyasi baxımdan münasibətlərin dərinləşməsini xüsusi olaraq qeyd etməliyik. Çünki siyasi baxımdan münasibətlər bəllidir, ölkə başçılarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar ölkələrimizin münasibətlərini daha da irəli aparır.
Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr də yaxşı inkişaf edib. Azərbaycan Aİ-nin enerji tərəfdaşı kimi son illər önə çıxıb və Macarıstanla da bu istiqamətdəki əməkdaşlıq deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər gələcəkdə daha da dərinləşəcək”.

