Bir mövzuya iki fərqli münasibət…
Və yaxud almaniyalı xanım jurnalistlərin erməni sevgisi haradan qaynaqlanır?
Cənablar, bu qədər də ağ eləmək olmaz axı. Bu sözlər əsasən iki nəfər alman yazarına aiddir. Onlar öz qəzetlərində elə şeylər yazıblar ki, oxuyan deyər ki, bunlar fil qulağında yatıblar. Hiss olunur ki, yazmağa mövzu tapa bilmədiklərindən erməni qardaşları ilə həmrəy olduqlarını bildirmək üçün nə vaxtsa eşitdikləri uydurmaları “qələmə alıblar.”
Deməli, belə. Almaniyanın həftəlik “Die ZEİT” qəzeti həmmüəllifləri Alisye Bota və Mariya Mitrov olan “Dünyanın unutduğu Dağlıq Qarabağ” adlı məqalə nəşr edib. Bəri başdan qeyd edək ki, yoxlanılmamış məlumatların, yanlış terminologiyanın, Azərbaycana və onun rəhbərliyinə qarşı əsassız və ədalətsiz ittihamların yer aldığı alaçiy məqalə birbaşa Ermənistanın və erməni separatçıların dəyirmanına su tökür. Açıq-aşkar görünür ki, məqalə müəllifləri Azərbaycana qarşı antipatiya ruhunda kökləniblər. Çünki göstərdikləri “faktlar” həqiqətdən o qədər uzaqdır ki, orada reallığın izi-tozu belə görünmür. Sırf ermənipərəst mövqe isə ortadadır. Məqalədə iddia olunur ki, guya “Bir aydır Azərbaycan Dağlıq Qarabağı əsl aclığa məruz qoyub. Hamilə qadınlar müayinə olunmadığından qüsurlu doğulanların statistikası artıb, sahibləri özlərinin yeməyi olmadığından hətta itlərini və pişiklərini küçəyə atıblar”.
Ağ yalan! Xanım yazarlar görmədikləri, yoxlamadıqları “faktlar”ı necə də süni ürək yanğısı ilə qabardırlar. Ayaqları bircə dəfə Qarabağ torpağına dəysəydi şübhəsiz vicdanları belə “nağıllar” uydurmağa yol verməzdi. Ancaq onlar qafalarının nəyə qadir olduğunu ortaya qoyublar.
İstidən hər yerin od tutub yandığı yay günlərində görün başabəla yazarlar nəyi təqdim edirlər? Gülməlidir. Müəlliflər canfəşanlıq göstərərək qış aylarında haradasa, hansısa müəllimənin qış paltosunda çəkilmiş şəklini avqust ayında dərc olunan məqaləyə əlavə ediblər ki, guya “Azərbaycan artsaxın yeganə qaz kəmərini blokadaya aldığından məktblərdə sobaları odunla isidirlər.” Hətta onlar baş verənləri yerli sakinlərlə söhbət əsasında “soyqırım və etnik təmizləmə” adlandırmağa qədər həyasızlığa da əl atıblar. Ancaq Xocalıda, Cəmillidə, Ağdabanda, Qaradağlıda, Kərkicahanda, Meşəlidə və digər yaşayış məntəqələrimizdə ahıl insanların, uşaqların, qadınların kütləvi surətdə soyqırımına məruz qaldıqlarından bircə kəlmə də yazmayıblar. Heç yazmazlar da. Məqalənin erməni sifarişi olduğuna şəkk-şübhə ola bilməz. Yoxsa ölkələrindən min kilometrlərlə uzaqda kiçik bir bölgədə baş verməyənlər barədə yazmaq xanım jurnalistlərin nəyinə lazım idi? Ancaq Almaniyada belə nağıllar uyduranlardan başqa haqqı görən və müdafiə edən insanlar da var.
Şərəfini itirmiş “qəzetəçi”lərin əksinə olaraq almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı, “Şuşanın irsi” kitabının müəllifi Mixael Raynhard Hess “Die Zeit” qəzetinin redaksiyasına müfəssəl və əsaslandırılmış etiraz məktubu göndərib və onu özünün feysbuk səhifəsində paylaşıb.
Hess yazır ki, cızma-qaranın elə ilk cümləsində “Dağlıq Qarabağ anklavı” sözünün işlədilməsi məqalənin hansı mövqedən yazıldığını açıqlayır: “Qarabağ bütün hissələri, o cümlədən dağlıq hissəsi ilə Azərbaycan dövlətinin ərazisidir. Hətta erməni separatçıların qondarma qurumunun sponsoru Ermənistanın da heç vaxt anklav kimi qəbul etmədiyi ərazini necə anklav adlandırmaq olar?! “Dağlıq Qarabağ anklavı” əfsanəsinin hansı mənbədən götürüldüyü məlum deyil. Amma bundan, “Spiegel” də daxil olmaqla, Almaniyanın bütün aparıcı media subyektləri istifadə edir. Maraqlı tərəflərdən birinin yoxlanılmamış məlumatlarını necə yaymaq olar?”
O, alman mətbuatında kök salmış digər bir neqativ praktikanı, özünün müşahidə və mütaliəsi sayəsində sərt qınayıb: “Dörd ildir aparıcı alman KİV-lərində praktiki olaraq bir dənə də məqalə nəşr edilməyib ki, orada ermənilərin və hətta vaxtaşırı separatçıların mövqeyi ilə yanaşı, Azərbaycanın da baxışlarına yer verilsin”. Müəlliflər sosial mediaya bir neçə dəqiqəlik nəzər salsaydılar görərdilər ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində azərbaycanlılar mal və mülkünü, sağlamlığını necə itirmişlər. 30 illik didərgin həyatından sonra 44 günlük müharibə nəticəsində bir hissəsi azad edilmiş Qarabağa qayıdanlar erməni təcavüzkarların dağıdıcılıq fəaliyyətinin kədərli qalıqları ilə üzləşirlər.
Ermənilər Yer kürəsinin ən pis ziyanvericiləridir. Onların Qarabağda dağıdıb viran qoyduqları xarabalıqlar buraya müşahidəyə gələn xarici diplomatları, ədəbiyyat, mədəniyyət və incəsənət adamlarında son dərəcə təəccüb və hiddət doğurur. Hamının gözləri qarşısında acı bir mənzərə canlanır və hamı düşünür: Haylara insan demək olarmı?

