“İnsan bu qədərmi bir-birinin bənzəri olar?” – Atasını axtaran Elvira aparıcını təəccübləndirdi
Xəbər verdiyimiz kimi , Elvira adlı xanım ATV-də yayımlanan, “Bizimləsən” verilişinə müraciət edərək atası Nazimi axtardığını bildirib.
ARANTV.AZ xəbər verir ki, proqramın bugünki buraxılışında Elvira canlı efirə qonaq gəlib. Onun atası olduğu iddia edilən Nazimin də efirə gələcəyi və DNA analizi veriləcəyi gözlənilir.
Aparıcı Zaur Baxşəliyev Elviraya müraciət edərək DNA verilməsinə ehtiyac omadığını bildirib:
” Siz inanın ki, mən bu gün sizin atanız ehtimal edilən Nazimə demişəm ki, siz heç DNA üçün getməyin, buna ehtiyac yoxdur. Çünki insan bu qədərmi bir-birinin bənzəri olar? Siz çox oxşayırsınız, çox”.
Zaur bildirib ki, bənzərliyi Nazim özü də təsdiqləyib:
“Hətta Nazim dünən özü mənə dedi ki, mənim bir əsgərlikdən gələn şəklim var. Mən ona baxdım və öz-özümə dedim ki, ilahi, həqiqətən analizə ehtiyac varmı?”
Elvira bənzərliyi müsbət qarşılayaraq bir daha atasını görmək, onu tanımaq arzusunu dilə gətirib. Həmçinin ona heç bir problem yaratmaq istəmədiyini qeyd edib:
“Mən istəmərəm ki, onun indiki ailəsi ilə problem yaradım. Əgər nə isə olsa mən pis olaram, amma axtardığım üçün peşman olmaram. Çünki bunu bilmək mənim haqqımdır”.

big.az

