Bakıda məşhur klinikada oğurluq anbaan kameralara düşdü
Ömür klinikasında qəribə oğurluq hadisəsi baş verib.
ARANTVAZ xəbər verir ki, bu haqda “Bizimləsən” proqramının aparıcısı Zaur bildirib.
“Oğurluq anbaan mühafizə kameraları tərəfindən qeydə alınıb. Adam axşam saatlarında rahatlıqla klinikaya daxil olub. Klinikada həmin vaxt çəkiliş gedib. Həmin şəxs içəri girərək, yuxarı qalxıb və bütün otaqları axtarmağa başlayıb. Yalnız bir otağın qapısını açıq görüb və otağa daxil olub. Otaqda olan kompüteri götürərək xəstəxananı tərk edib”.
Zaur video görüntülərin klinikanın rəhbəri Gülnarə Sultanqızının yolladığını qeyd edib. big.az

