Türkiyədə azərbaycanlı TIR sürücüsünə hökm oxundu
Türkiyənin Çorum bölgəsində təcili yardım maşınına çırpılan TIR sürücüsünə hökm oxunub.
ARANTV.AZ xəbər verir ki, iki il əvvəl baş verən və yük maşınının azərbaycanlı sürücüsü Gülman B.-nin səbəb olduğu qəza nəticəsində bir tibb işçisi ölüb, üçü isə ağır yaralanıb.
Məhkəmənin qərarı ilə o, 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara magistralının 30-cu kilometrliyində baş verib. Gülman B. hadisədən dərhal sonra saxlanılıb.
O, ehtiyatsızlıqdan ölümə və ikidən çox şəxsin yaralanmasına səbəb olma maddəsi ilə ittiham edilib.oxu.az

