Qafqazda ən az su Azərbaycandadır – Akademik

Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycandadır.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görüb:

“Azərsu” yaranandan sonra bu sahədə tədbirlər görülür, içməli su ehtiyatı artırılır. Bu gün Azərbaycanda əhaliyə verilən içməli su Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Bunu tam əminliklə deyə bilərəm”.