Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb
ARANTV.AZ DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvl verilib.
Faktla bağlı araşdıma aparılır.