Kriminal 

Sumqayıtda DƏHŞƏT: ər arvadını öldürdü

Sumqayıtda ər arvadını öldürüb.

Hadisə şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.

Yevlax rayon sakini, 49 yaşlı İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı 31 yaşlı Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşları hadisə yerindən qaçan İ.Ramazanovu tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır./Lent.az

Daha çox xəbərlər