Hadisə 

Türkiyədə fahişəliyə cəlb edən qadından YENİ XƏBƏR

Azərbaycanlı qadınları Türkiyəyə apararaq fahişəliyə cəlb etməkdə təqsirli bilinən Təranə Nemətovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  “Ölkə.Az”-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası iyun ayının 11-nə təyin olunub.
Qeyd edək ki, Nemətova Təranə Əlihüseyn qızı barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi üzrə 3 qadın zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri, 1986-cı il təvəllüdlü Əzizə Çüllu 3 il əvvəl ölkədə qadınları Türkiyəyə apararaq satan qruplaşmanın tərkibində olduğu üçün tutulub. Sonradan məlum olub ki, o özü də qadın alveri şəbəkəsinin qurbanı olub və bu işə cəlb edilib.

Daha çox xəbərlər