Cəmiyyət 

Parlamentdə şəhid zabitlə bağlı – MÜZAKİRƏ

Milli Məclis ATƏT-in Minsk qrupuna zabitimizin şəhid olması ilə bağlı etirazını çatdırmalıdır.

ARANTV.AZ-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.

“Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib”, – deputat qeyd edib.

Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib:

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.oxu.az

Daha çox xəbərlər