Ayrı-seçkilik etmək olmaz – Qənirə Paşayeva
“Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşhidə olunur “.
ARANTV.AZ-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib.
Q. Paşayeva deyib ki, hər hansı kəndə qaz veriləndə sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur : “Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkilməlidir, sonra həmin evlərə qaz venrilə bilməz. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.
Millət vəkili nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb: “Bu mədəniyyət obyektlərinin tikinisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda yarımçıq tikililər də dağılacaq “.Sonxeber.az

