Mülki ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb – FOTO/VİDEO
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
ARANTV.AZ xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə doqquz nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində 28 nəfər şəxs olub. Onlardan beşi BQXK-nın üzvü, doqquzu sürücü, yeddi nəfəri xəstə, altı nəfəri müşayiətçi, bir nəfəri isə tibb işçisidir.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.