Hadisə 

Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldü

Mingəçevirdə 10 aylıq körpə qız uşağı faciəvi şəkildə dünyasını dəyişib.

ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Rəna Şəhriyar qızı Ağamalıyeva döşək yükünün altında qalaraq ölüb.

Yaxınları bildirir ki, bir neçə döşək azyaşlı körpənin üstünə aşıb. Ailə hadisədən xəbər tutanda artıq gec olub.oxu.az

Daha çox xəbərlər