Siyasət 

Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ: CƏDVƏL AÇIQLANDI

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

ARANTV.AZ xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun keçirildiyi gün
1. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Quba Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən 2
2. Gənclər və idman naziri Fərid Qayıbov Masallı Masallı, Yardımlı 3
3. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xaçmaz Xaçmaz, Şabran 6
4. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zaqatala Zaqatala, Şəki, Qax, Balakən 9
5. Baş prokuror Kamran Əliyev Gəncə Gəncə 10
6. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Masallı Masallı, Cəlilabad, Yardımlı 10
7. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki Şəki, Qax 11
8. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göygöl Göygöl, Daşkəsən 13
9. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağcabədi Ağcabədi, Ağdam, Laçın 19
10. Ədliyyə naziri Fikrət Məmmədov Şəki Şəki, Qax, Oğuz 20
11. İqtisadiyyat naziri Mikayıl Cabbarov Tovuz Tovuz, Ağstafa, Qazax 20
12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Hacıqabul Hacıqabul, Şirvan 20
13. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Qəbələ Qəbələ, Oğuz 20
14. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Göyçay Göyçay, Ağsu 24
15. Daxili işlər naziri Vilayət Eyvazov Ağcabədi Ağcabədi, Ağdam, Bərdə, Zərdab, Laçın 25
16. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Oğuz Oğuz, Şəki 25
17. Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Göygöl Göygöl 26
18. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 26
19. Elm və təhsil naziri Emin Əmrullayev Şirvan Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar 27
20. Energetika naziri Pərviz Şahbazov Füzuli (Horadiz şəhəri) Füzuli, Beyləqan, Xocavənd 27
21. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mingəçevir Mingəçevir, Yevlax 27
22. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tovuz Tovuz, Ağstafa, Qazax 27
23. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Samux Samux, Şəmkir 27
24. Mədəniyyət naziri Adil Kərimli Sumqayıt Sumqayıt, Abşeron, Xızı, Qubadlı 27
25. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Xızı Xızı, Siyəzən 27
26. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qazax Qazax, Ağstafa, Tovuz, Gədəbəy 27
27. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Lənkəran Lənkəran, Astara, Lerik 27
28. “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Yevlax Yevlax, Ağdaş, Bərdə 27

Daha çox xəbərlər