Cəmiyyət 

Ər özündən 10 yaş böyük hamilə arvadını küçədə qoyub qaçdı – FOTO

Azərbaycanda kişi özündən 10 yaş böyük hamilə yoldaşını küçənin ortasında atıb qaçıb.

ARANTV.AZ  xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan və həyat yoldaşı Roman Tağıyevi axtaran Şəlalə Əliyeva deyib.

O qeyd edib ki, həyat yoldaşı Tağıyev Romanla 2006-cı ildə ailə qurub: “Ailə qurmağıma çox peşman olmuşam. Qazancı yox idi. Nə evə, nədə ki uşaqlara baxmırdı. Uşağımız gec oldu. Övladımız dünyaya gəldikdən sonra mənə dedi ki, sizə baxmıram, get, başına çarə qıl. 2010-cı ildən onun üzünü görmürdüm. O gedəndə bir uşağımın 1 yaşı var idi. İkinciyə isə hamilə idim. Bizi küçənin ortasında qoyub qaçdı. Bizi yaşlı nənə gətirib buraya yığdı. O nənə uşaqlara geyim və yemək aldı. 10 ildir ki, uşağımı küçə süpürməklə saxlayıram. Həyat yoldaşım məndən 10 yaş kiçik idi”.

Roman efirə bağlanıb bildirib ki, mən onunla neçə il yaşadım onun yaşını bilmədim:”Bir uşaq məndəndir. O biri isə məndən deyil. Mən bir uşağıma aliment verirəm. Şəlalə mənim ikinci arvadımdı. Şəlalədən başda 3 arvadımda var. Bütün arvadlardan 7 uşağım var 3 uşağımın 18 yaşdan böyükdür. Amma yenədə onlara baxıram. 15 yaşında ailə qurmuşam. Hazırda 36 yaşım var”.

Azərbaycanda ər özündən 10 yaş böyük hamilə arvadını küçədə qoyub qaçdı - FOTO
Azərbaycanda ər özündən 10 yaş böyük hamilə arvadını küçədə qoyub qaçdı - FOTO

big.az

Daha çox xəbərlər