Ağcabədidə ot daşıyan maşın belə yandı – VİDEO
Ağcabədidə yanğın baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə Ağcabədi – Beyləqan yolunda qeydə alınıb.
Yanğın ot daşıyan yük avtomobilində baş verib. Hərəkətdə olan maşının yük yerində olan otun anidən yanması nəticəsində avtomobil kül olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və DYP əməkdaşları cəlb olunublar.

