İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacaq
Bu ilin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacağı gözlənilir.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, bu artımın, əsasən Çin, Asiya ölkələri və İsraildən gələcək turistlərin hesabına olacağı gözlənilir.
F.Nağıyev əlavə edib ki, Dövlət Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açıla bilər: “Hazırda agentliyin əməkdaşları Cənubi Koreyadadırlar. Yəgin ki yaxın zamada agentliyin Cənubi Koreyada nümayəndəliyi açılacaq”.

