Sərnişinlər: AZAL təyyarələrində verilən yeməklər ən dadlılardandır – REYTİNQ
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarələrdə təqdim olunan yeməklər ən dadlı qidalardan biridir.
Tutu.ru səyahət xidməti sərnişinlərin belə düşündüyünü yazır.
AZAL bu göstərici üzrə şirkətlər arasında 9,35 xalla ikinci sırada qərarlaşıb.
Səyahət xidməti 2018-ci ilin aprelindən cari ilin aprelinə qədər sərnişinlərin uçuşdan sonra saytlara daxil etdiyi 27,5 minə yaxın qiymətləndirməni təhlil edib. Məlum olub ki, sərnişinlər AZAL-ın reyslərində verilən yeməklərin dadlı və doyumlu olduğunu bildiriblər:
“Sərnişinlər göyərtədə təqdim edilən isti yeməklərdən əlavə, salatlar, desertlər, ləbləbi, eləcə də, qeyri-məhdud sayda çay və kofeni çox bəyəniblər. Bundan başqa, səyahət edənlər şərabdan ləzzət alıblar”.
Ən dadlı yeməklər təqdim edən şirkətlərin ilk onluğu:
|
Aviaşirkətlər |
Ölkə |
Qiymətləndirmə (qida) |
|
Uzbekistan Airways |
Özbəkistan |
9,54 |
|
Azerbaijan Airlines |
Azərbaycan |
9,35 |
|
Turkish Airlines |
Türkiyə |
9,08 |
|
Lufthansa |
Almaniya |
9,01 |
|
Air Astana |
Qazaxıstan |
8,98 |
|
Georgian Airways |
Gürcüstan |
8,78 |
|
Ellinair |
Yunanıstan |
8,78 |
|
Somon Air |
Tacikistan |
8,78 |
|
Aegean Airlines |
Yunanıstan |
8,77 |
|
Air Moldova |
Moldova |
8,72 |

