Sumqayıtda avtobusun altında qalan şəxs öldü
Sumqayıtda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, iyunun 2-də saat 10 radələrində Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində şəhər sakini S.Cəbrayılov idarə etdiyi “Akia” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Ramil Mirseyibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.publika.az

