Azərbaycanda ictimai çimərliklər olmalıdır – Agentlik sədri
Azərbaycanda ictimai çimərliklər olmalıdır. Belə çimərliklərin olması olduqca vacib məsələdir.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, hazırda özəl çimərliklər var və onların sayının az olması bizi narahat edir: “Dünyada bütün çimərliklərin, demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”.

