Hadisə 

Cəlilabadda taxıl sahəsi yandı

Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb. 

ARANTV.AZ xəbər verir ki, hadisə kənd sakinləri – Elman Dadaşov və Sabir Qasımova məxsus taxıl sahələrində baş verib.

Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb.

İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.Unikal.org

Daha çox xəbərlər