Moskvada metroda iki qatar toqquşub: Yaralılar var – FOTO/VİDEO
Rusiya paytaxtının metropoliteninin “Peçatniki” stansiyasında iki qatar toqquşub.
İlkin məlumata görə, iki nəfər yaralanıb. Onlardan biri qatarın ön hissəsində sıxılıb qalan maşinistdir.
Təcili yardım xidmətləri hadisə yerindədir.
Sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb.
Mənbə: “112” “Telegram” kanalı

