İsraildə həlak olan dörd azərbaycanəsilli şəxsin adları açıqlandı – YENİLƏNİB
İsraildə HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli şəxslərin adları məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, həlak olanlardan İlkin Nəzərovun ikili vətəndaşlığı olub.
O, dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər – Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.
10:52
İsraildə HƏMAS-ın hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub.
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli üç şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

