Azərbaycanda zəlzələ olub
Zaqatala rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
İlkin məlumatlara görə, zəlzələ yerli vaxtla saat 11:25-də Zaqatala ərazisində qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusi ilə də cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir.

