Gündəm 

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Bugün Rusiya Federasiyasının MDB iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

ARANTV.AZ  xəbər verir ki, Azərbaycanrespublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iclasda iştirak edib.

İclasdan əvvəl Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorial ziyarət edilib, qəhrəmanların xatirəsi ehtiramla yad edilib. İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.Metbuat.az

Daha çox xəbərlər