Gündəm 

9 ayda Azərbaycana 800 min tona yaxın buğda idxal edilib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 210 milyon 742.28 min dollar dəyərində 792 min 331.38 ton buğda idxal edilib.

ARANTV.AZ  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.5% və ya 48 min 131 ton, məbləğ baxımından isə 19.6% və ya 51 mln. 324 min dollar çoxdur.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.67%-nə bərabər olub.

Əlavə edək ki, 2023-cü ilin sentyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.2% və ya 191.89 manat azalaraq 404,35 manat təşkil edib.

Daha çox xəbərlər