Hamı Qubada istirahətin qiymətindən danışır
Sosial şəbəkədə turizm şirkətlərindən birinə məxsus Qubada istirahət üçün nəzərdə tutulan səyahət paketinin reklamı müzakirəyə səbəb olub.
ARANTV.AZ xəbər verir ki, turun qiymətinin 3200 manat olaraq yazılması hər kəsi heyrətləndirib.
Reklamda bildirilib ki, buraya beş ulduzlu oteldə beş gün gecələmə daxildir. Həmçinin, “Hummer H2” limuzinlə transfer, qolf, tennis, futbol, bovlinq meydançalarından istifadə, SPA (cakuzzi, hovuz, sauna, masaj) və atıcılıq da turun içərisindədir.
Qubaya istirahət paketinin qiymətinin baha olması isə izləyicilərin etirazına səbəb olub. Onlar “Bu pula Avropaya gedərəm”, “Kuba turuna getsəm, bundan ucuz çıxar” kimi rəylər yazıblar. Azərbaycanın daxilində bir istirahətin bu qədər baha olması, yüzlərlə istifadəçi tərəfindən tənqid edilib.axşam.az


