Gürcüstan prezidentinin impiçmenti uğursuz oldu – YENİLƏNİB + FOTO/VİDEO
Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayıb.
Belə ki, impiçmenti minimal tələb olunan 100 deputat əvəzinə, sadəcə, 86 deputat dəstəkləyib.
Bu səbəbdən də Salome Zurabişvili öz postunu saxlayıb.
12:20
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.
Deputatların və əməkdaşların təhlükəsizliyi məqsədilə binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət KİV nümayəndələrinə aid edilməyəcək.
Bu gün Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılacaq.
Mənbə: “Sputnik” Gürcüstan

