Kriminal 

Mehdiabadda iki qardaş bıçaqlandı

Abşeron rayonunda  2 qardaş bıçaqlanıb.

ARANTV.AZ  oxu.az-a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Qəhrəmanov Tural Niyazi oğlu və 1993-cü il təvəllüdlü Qəhrəmanov Vüsal Niyazi oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Qarın nahiyəsindən xəsarət alan yaralılar təcili olaraq əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər