Bakıda 29 yaşlı gənc bıçaqlandı
Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Babək prospektində baş verib. 29 yaşlı Abbasov Vüsal Şahin oğlu tanışı tərəfindən bıçaqlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 34 yaşlı Abbasov Zakir Yaşar oğlunu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Ölkə.Az

