Hadisə 

Müdirini döydü, otağına qumbara atdı — Sumqayıtdakı cinayətin təfərrüatı

Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 13-də hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən “Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib.
Direktor “yox” cavabı verəndə Şirin Astanov onu döyüb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb.

Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Şirin Astanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Ölkə.Az

Daha çox xəbərlər