Cəmiyyət 

Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası dəyişib

Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edib.

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na əlavə – “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu yeni redaksiyada verilib:

“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu

Sıra №-si İxtisasların (proqramların) adı İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni
1. Filologiya (dil və ədəbiyyat göstərilməklə)* dil və ədəbiyyat
2. Tarix* tarix
3. Coğrafiya* coğrafiya
4. Riyaziyyat* riyaziyyat
5. Kimya mühəndisliyi kimya
6. Biologiya* biologiya
7. Tətbiqi biologiya** biologiya
8. Kimya* kimya
9. Tətbiqi kimya** kimya
10. Mexanika fizika
11. Fizika* fizika
12. Tətbiqi fizika** fizika
13. Tətbiqi riyaziyyat** informatika
14. İnformatika** informatika
15. Kompüter elmləri informatika
16. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi** informatika
17. Kompüter mühəndisliyi informatika
18. İnformasiya təhlükəsizliyi informatika
19. Texniki sistemlərdə idarəetmə və informatika** informatika
20. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı** informatika
21. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi** informatika
22. Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri** informatika
23. İnformasiya emalının və idarəetmənin avtomatlaşdırılmış sistemləri** informatika
24. Avtomatlaşdırılmış layihə sistemləri** informatika
25. Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı** informatika
26. İnformasiya texnologiyaları informatika
27. Sistem mühəndisliyi** informatika
28. Bədən tərbiyəsi və idmanda reabilitasiya fiziki tərbiyə
29. Bədən tərbiyəsi və idman** fiziki tərbiyə
30. Məşqçi (idman növü üzrə)** fiziki tərbiyə
31. İnstrumental ifaçılıq** musiqi
32. İnstrumental ifaçılıq (sahələr üzrə) musiqi
33. Solo oxuma** musiqi
34. Dirijorluq** musiqi
35. Dirijorluq (sahələr üzrə) musiqi
36. Bəstəkarlıq musiqi
37. Musiqişünaslıq musiqi
38. Estrada sənəti** musiqi
39. Xalq çalğı alətləri ifaçılığı** musiqi
40. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri** musiqi
41. Vokal sənəti (sahələr üzrə) musiqi
42. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) musiqi
43. Xor dirijoru** musiqi
44. İnstrumental ifaçılığı, orkestr alətləri, Azərbaycan xalq çalğı alətləri** musiqi
45. Dekorativ sənət** təsviri incəsənət
46. Dekorativ-tətbiqi sənət (sahələr üzrə) təsviri incəsənət
47. Dekorativ-tətbiqi incəsənət və xalq sənəti (sahələr üzrə)** təsviri incəsənət
48. Rəngkarlıq təsviri incəsənət
49. Qrafika təsviri incəsənət
50. Monumental-dekorativ sənət** təsviri incəsənət
51. Kompozisiya** təsviri incəsənət
52. Rəssamlıq** təsviri incəsənət
53. Dizayn** təsviri incəsənət
54. Dizayn (sahələr üzrə) təsviri incəsənət
55. Dizayner-rəssam** təsviri incəsənət
56. Heykəltəraşlıq təsviri incəsənət
57. Xalçaçı-rəssam** təsviri incəsənət
58. Modelyer-rəssam** təsviri incəsənət
59. Memarlıq təsviri incəsənət

* 2010/2011-ci tədris ilinədək bu ixtisaslar üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər.

** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.

Daha çox xəbərlər