Cəmiyyət 

Narkotik vasitələrin istifadəsi ictimai təhlükə mənbəyidir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədi ilə İş Planı təsdiq edilmişdir.

Nazirliyin və digər aidiyyəti orqanların yerli bölmələrinin əməkdaşları ilə birgə narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın münbit torpaq sahələrində və meşə zolaqlarında əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar olunması, həmçinin bu bitkilərin məhv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2023-cü il ərzində mütəmadi olaraq monitorinqlər həyata keçirilmişdir. Belə ki, nazirliyin regional ekologiya idarələrinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı hallar aşkar edilməmişdir.

Eyni zamanda Regional meşə təsərrüfatı mərkəzləri tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı 9 saylı  RMTM-nin 5 saylı meşəbəyliyin (Beyləqan rayonu ərazisində) 2 saylı dolayında çəkisi  1150 kq olmaqla 1923 ədəd, 6 saylı dolayında  çəkisi 1450 kq olmaqla 2250 ədəd yabanı halda bitmiş cətənə kolları  aşkar edilmiş və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə məhv edilmişdir.

Bundan əlavə, 13 saylı RMTM-nin  Qarxun  meşəbəyliyinin  3 saylı meşə dolayında (Ağdaş rayonu ərazisində) 10 ədəd yabanı halda bitmiş çətənə kolları  aşkar edilmiş və aşkar edilmiş və Ağdaş  Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə məhv edilmişdir.

Həmçinin 2023-cü ilin müvafiq dövrü ərzində mütəmadi olaraq keçirilən reydlər zamanı Şahdağ və Samur-Yalama Milli Parklarının ərazilərində narkotik xassəli bitkilərin yabanı halda bitməsi faktı aşkar edilmişdir.

Şahdağ Milli Parkının İsmayıllı bölməsi, Talıstan meşəbəyliyinin 1 saylı və İsmayıllı Dövlət Təbiət Qoruğunun 4 saylı dolayının Ax-Ox çayı ilə sərhədində yabanı halda bitən ümümi sayı 1989 ədəd çətənə kolu aşkar edilmişdir. Aşkar olunan narkoxassəli bitkilər müvafiq rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Samur-Yalama Milli Parkının Xudat meşə sahəsinin 8-ci dolayının 13-cü kvartalında 621 ədəd və 15-ci  kvartalında 825 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunmuş və bu bitkilər müvafiq Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

Bununla yanaşı ETSN-in müvafiq qurumları tərəfindən narkotik tərkibli yabanı bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Quba, Xaçmaz, Şabran, Lənkəran, Astara, Masallı, Cəlilabad, Saatlı, İmişli, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Ağcabədi, Bərdə, Füzuli, Tərtər, Ağdam, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Balakən rayonlarında qabaqlayıcı kompleks profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, əhalinin və məktəblilərin iştirakı ilə görüşlər təşkil olunmuşdur.

2023-cü ilin 9 ayı ərzində Bakı şəhəri üzrə Binəqədi rayonu şəhid Hafiz Fətullayev adına Şahvəlli kənd orta məktəbində, Xəzər rayonu 123 nömrəli tam orta məktəbində, Nəsimi rayonu 5, 44 nömrəli tam orta məktəblərində, Nizami rayonu 62 nömrəli tam orta məktəb-liseyində, 214 nömrəli tam orta məktəbində, Nərimanov rayonu 177 nömrəli tam orta məktəbində, Sabunçu rayonu 94 nömrəli tam orta məktəbində, Binəqədi qəsəbə bələdiyyəsində “Narkotik vasitələrin, psixotrop maddələrin zərərləri, qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə”, Sumqayıt şəhəri 30, 35 saylı tam orta məktəblərində və 1 №li Uşaq-Gənclər İnkişaf Mərkəzində, Azərbaycan Dövlət  Aqrar Universitetinin Ekologiya fakultəsinin tələbələrilə, Gəncə şəhəri Gənclər evində gənclərlə, “Narkomaniyaya qarşı mübarizə”, “Narkomaniyaya yox deyək!”, Xaçmaz rayonu Yeni Həyat qəsəbə tam orta məktəbində, Seyidlikəndyeri bələdiyyəsində, Seyidlikəndyeri  inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Quba rayonu Xucbala kənd tam orta məktəbində, Bərqov kənd ümumi orta məktəbində, Hacıhüseynli kənd tam ortaməktəbində, Qusar rayonu Balaqusar bələdiyyəsində, “Narkotik bitkilərin zərərli xassələri və insan sağlamlığına mənfi təsiri”,  Cəlilabad şəhər 2 nömrəli, Sabirabad kənd 2 nömrəli, Bəcirəvan kənd, Günəşli kənd 1 nömrəli tam orta məktəblərində, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Astara şəhər 3 nömrəli tam orta məktəbində, Astara Pedaqoji Kollecində, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində, Rvo kənd tam orta məktəbində, Masallı rayon Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbində  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ictimai mübarizə”, “Narkomaniya XXI əsrin faciəsidir”, Şirvan şəhəri 1, 10, 16, 20, 21 nömrəli tam orta məktəblərində, Salyan rayonu Qırxçıraq kənd ümumi orta məktəbində, Arbatan, Kürqaraqaşlı, Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində,  İmişli şəhər 2, 7 saylı tam orta məktəblərində, Neftçala rayonu Neftçala Bələdiyyəsində, Hacıqabul şəhər 1, 10 nömrəli tam orta məktəblərində, Saatlı Rayon Azadkənd tam orta məktəbində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə”,   Füzuli rayon 1 saylı Qayıdış, Əhmədalılar kənd tam orta məktəblərində, Babı, Mollalı, Dəymədağlı, Arayatlı, Qazaxlar, Böyükbəhmənli bələdiyyələrində, Füzuli rayon Qayıdış-1 qəsəbəsində, Bərdə rayon Kətəlparaq, Qarağacı kənd tam orta məktəblərində, Körpüsındıran, Qaradəmirçi, Bəcirəvan bələdiyyələrində, Əmirli kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyində, Tərtər rayon Şıxarx kənd tam orta məktəbində “Narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir”, Zaqatala rayonu Əliabad bələdiyyəsində, Balakən rayonu Qabaqçöl inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şəmkir rayonu Təzəkənd, Tovuz bələdiyyələrində “Narkotik vasitələrin və psixotrop maddələrin insan həyatına mənfi təsiri” mövzularında tədbirlər keçirilmişdir.

Həmçinin bildiririk ki, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin, eləcə də yabanı bitənlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir və bu iş daim nəzarətdə saxlanılır.

Faiq Mütəllimov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri

Daha çox xəbərlər