Siyasət 

Elçin Əmirbəyov italiyalı nazir müavini ilə regional məsələləri müzakirə edib – YENİLƏNİB + FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla İtaliya xarici işlər nazirinin müavini Edmondo Siriellinin görüşünün bəzi təfərrüatı açıqlanıb.

İtaliya mətbuatının məlumatına görə, Farnezina iqamətgahında keçirilən görüşdə tərəflər Cənubi Qafqazdakı vəziyyəti, Ermənistanla Azərbaycan arasında danışıqların perspektivlərini müzakirə ediblər.

Sirielli İtaliyanın hər iki ölkənin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, dayanıqlı sülh üçün praqmatik dialoqa ehtiyacın olduğunu deyib.

Roma ilə Bakı arasında qüvvədə olan strateji tərəfdaşlıq və sıx səfər mübadiləsi ilə təsdiqlənən ikitərəfli münasibətlərin mükəmməl səviyyəsindən məmnunluğunu ifadə edən nazir müavini Azərbaycan və Ermənistanın qarşılıqlı maraqlarına uyğun olaraq sülh yolu ilə irəliləməyə ölkəsinin dəstək verdiyini ifadə edib.

13:02

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

İtaliyanın regionda prosesləri diqqətlə izlədiyi və dialoqu dəstəklədiyi vurğulanıb.

 

Daha çox xəbərlər