Bakıda evdən pul və qızıl apardılar
Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsində yaşayan qadının evindən oğurluq olub.
ARANTV.AZ-ın məlumatına görə, Nəzakət Cəbiyevaya məxsus mənzildən 2850 manat pul və 3500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən baş vermiş faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edib. Daxil olmuş ərizədən sonra polis əməkdaşları evə gələrək şahidləri dindiriblər və əl-barmaq izlərinin nümunələrini götürüblər.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsiylə cinayət işi başlanıb.ölkə.az

