Sosial 

Həyatımızı birgə qoruyaq – FOTOLAR

Masallıda Sübhan Xəlilov adına 1  saylı  Qızılağac kənd tam orta məktəbdə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda “Həyatımızı birgə qoruyaq” adlı  maarifləndirici görüş keçirildi.  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun, Masallı Rayon Polis Şöbəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun birgə təşkilatçılığı sayəsində baş tutan tədbir Vətən uğrunda canından keçib  şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıldı.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun, Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Çıxışlarda narkomaniyanın törədə biləcəyi fəsadlardan və erkən nikaha daxilolma kimi neqativ halların insan həyatına gətirdiyi  ağır nəticələrdən danışıldı.

Sonda isə şagirdlər narkomaniya ilə bağlı olan slaydı izlədilər, eləcə də sorğuda iştirak etdilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər