Gündəm 

Azay Quliyev ATƏT PA-nın Büro iclasında çıxış edəcək

Milli Məclisin deputatı, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün noyabrın 28-də Şimali Makedoniya Respublikasının Skopye şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər dekabrın 1-də başa çatacaq.

Daha çox xəbərlər