Bakı həbsxanasında məhkum öldü

Azərbaycanda məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Azər Azad oğlu Axundov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.