Kriminal 

Sumqayıtda 24 yaşlı gənc qətlə yetirildi

Sumqayıt şəhərində 24 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

ARANTV.AZ  ölkə.az-a istinadən xəbər verir ki, iyun ayının 11-də Sumqayıt şəhərinin – 1-ci mikrorayon ərazisində qeydə alınıb.

24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən Sahib Rasim oğlu Nadirov saxlanılıb.
Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha çox xəbərlər