Cəmiyyət 

Pasiyentlərin və həkimlərin hüquqları qorunacaq – QANUN HAZIRLANIR

“Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”.
ARANTV.AZ-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”.
Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.
Medicina.az

Daha çox xəbərlər