Qubada itkin düşən şəxsin meyiti tapılıb.
ARANTV.AZ -ın apa-ya istinadən verdiyi məlumata görə, meyit keçmiş zavodun həyətində aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində ölən şəxsin 1980-ci il təvəllüdlü Əsədulla İbrahimov olduğu müəyyənləşib. Onun bir müddət əvvəl itkin düşdüyü bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
