Kriminal 

Yaxın qohumunu bıçaqladı, polisə təslim oldu — MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini bıçaqlamaqda təqsirli bilinən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyun ayının 21-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.
Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

B.Yaqubov könüllü olaraq polisə təslim olub.

Daha çox xəbərlər