Cəmiyyət 

“Son Zəng” keçirilən məktəblərə əlavə polis naryadları göndərildi

Bakıda məktəblərinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, “Son zəng” mərasiminin təhlükəsiz və ictimai sabitlik şəraitində keçirilməsinin təmin olunması məqsədilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. “Son Zəng” mərasimlərinin keçirildiyi ərazilərə əlavə polis naryadları cəlb olunub.

E. Hacıyev həmçinin qeyd edib ki, Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəbdə hər hansı qalmaqal baş verməyib. Sadəcə iştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunub: “Nəzərdə tutulan tədbirlər öz ahənginə uyğun davam edir. Bu saata qədər hər hansı xoşagəlməz hal qeydə alınmayıb”.(apa)

Daha çox xəbərlər