Cəmiyyət 

NÖVBƏTİ DƏHŞƏT: Qaraçılar qızı oğurlayıb diləndirdilər- Foto

Qaraçılar gənc qızı qaçırıb diləndirirlər.

ARANTV.AZ Big.Az-a istinadən xəbər verir ki, bunu Atv-də yayımlanan “Bizimləsən” proqramına gələn ana ilə qızı bildirib. Aytən Güloğlan qızı Məmmədova adlı qız iki ildir ki, qaçırılıb. Anasının Aytənin qaçırılması barədə danışaraq polsiə də müraciət etdiyini bildirib:

“Qızım işə getdiyi zaman qaçırılıb. 15 gün biz onu axtardıqdan sonra onlar zəng edib dedi ki, qızınızı qaçırmışıq.Yəni Aytəni Hacı Hümmət adlı şəxs tərəfindən qaçırılılaraq Qax rayonunun Güllü kəndinə aparılıb. Aytən qaçırıldıqdan sonra dəfələrlə polisə müraciət etdim. Elə polis də bildim ki, həmin adamlar qaraçılardır.

Bir ay sonra onların yaşadığı evə gedib, 3 gün qaldım ki, görüm necə ailədirlər. Bizi qızımla söhbət etməyə, yaxın durmağa qoymurdular. Həmin müddətdə məndən pul istədilər. Bir dəfə pulu verdikdən sonra qızımı göndərdilər ki, get anandan çoxlu pul al. Mən pulu vermədiyimə görə isə dava salıb təhdid etdilər ki, səni yandıraram, polisə verərəm. Sonradan bildim ki, onlar qızımı diləndirir, müxtəlif oğurluqlara məcbur edirlər. Qızımın hazırda bir qızı da var”.

Aytənin bacısı Lamiyə bildirib ki, bacısını qaçıranlar ondan əvvəl 3 qadını da qaçıraraq diləndirib və oğurluq etməyə məcbur edilib.

“Bacımın qaynanası sayılan qadının da uşaqları əlindən alınaraq diləndirilməyə və oğurluğa məcbur edilib. Onlar vəhşi tayfa kimidirlər. Bizə Aytənin səsini eşitməyə belə qoymurlar”.

Azərbaycanda NÖVBƏTİ DƏHŞƏT: Qaraçılar qızı oğurlayıb diləndirdilər- FotoAzərbaycanda NÖVBƏTİ DƏHŞƏT: Qaraçılar qızı oğurlayıb diləndirdilər- FotoAzərbaycanda NÖVBƏTİ DƏHŞƏT: Qaraçılar qızı oğurlayıb diləndirdilər- FotoAzərbaycanda NÖVBƏTİ DƏHŞƏT: Qaraçılar qızı oğurlayıb diləndirdilər- Foto

Daha çox xəbərlər