Cəmiyyət 

Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şirkətlərə nəzarət gücləndirilir

Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada qadağan oluna bilər.

ARANTV.AZ-ın məlumatına görə, bu, bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülkü Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Qeyd edək ki, Mülki Məcəlləyə dəyişiklik barədə qanun layihəsi Cinayət və Cinayət-Prosessual məcəllələrə uyğun olaraq hazırlanıb. Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması nəzərdə tutulub. Həmin tədbirlərin tətbiqi çərçivəsində hüquqi şəxsin yenidən təşkilinə qadağa qoyula, yaxud hüquqi şəxsin ləğvi nəzərdə tutula bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunmasının məqsədi onun barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsinə imkan yaratmaqdır. Bu barədə məhkəmə qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Eyni zamanda cinayət-hüquqi tədbirlərin tətbiq olunması tədbiri kimi hüquqi şəxsin ləğvi nəzərdə tutulubsa, bu halda məhkəmənin qərarı ilə hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri ləğvetmə komissiyasına (təsviyəçiyə) həvalə edilə bilər. Bunun da məqsədi ləğvetmə prosesində sui-istifadə hallarının qarşısını almaqdır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.Sonxeber.az

Daha çox xəbərlər