Hadisə 

Bakıda yanğın, bir nəfər tüstüdən zəhərləndi

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
ARANTV.AZ-ın xəbərinə görə, binanın 9-cu mərtəbəsinin pilləkən qəfəsində 4 m² sahədə məişət tullantıları, 2 ədəd istifadəyə yararsız rəf, çardağın taxta atmaları 10 m² sahədə və texniki otaqda 15 p.m kabel yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Sonxeber.az

Daha çox xəbərlər