Cəmiyyət 

AAYDA rəsmisi çökən yolla bağlı: “Yağışa görə aşınma yaranıb” – YENİLƏNİB + FOTO

“Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb.

“Hadisə gecə saatlarında hərəkətin intensiv olduğu vaxtda baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunublar. Problem qısa müddətə aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunub”, – o vurğulayıb.

Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq.

09:32

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsindəki yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib.

 

Daha çox xəbərlər